Azərbaycanda bir il ərzində radara düşərək cərimələnənlərin sayı açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev modern.az-a açıqlamasında deyib ki, 2016-cı il ərzində ümumilikdə 2861880 yol hərəkəti qayda pozuntusu aşkarlanıb.
“Yazılan protokolların 1 milyon 600 mindən çoxu elektron protokollardır. Bu protokollar xüsusi texniki vasitələrin (radar) köməyi ilə qeydə alınıb. Qayda pozuntularının böyük bir qismi sürət həddini aşma ilə bağlıdır”.
Z.Q.
www.oxu.az