Bakirə qızlar maaş alacaqlar.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu qəribə qərar Afrika ölkəsi olan Svazilandda qüvvəyə minir. Belə ki, cinsi əlaqəyə girməmək müqabilində qızlar hər ay 200 rvanda frankı alacaqlar. Bakirəlik maaşı Dünya Bankı tərəfindən maliyyələşdiriləcək.
Belə bir qərarın verilməsinə səbəb HİV virusunun yayılması və fahişəliyin qarşısını almaq olduğu deyilir. Lakin bəziləri bakirə qızların qorunmasını kralın 15 yaşlı oğlu ilə əlaqələndirirlər. Belə ki, bu yolla kral özünə daha çox bakirə həyat yoldaşı seçə biləcək.
Qeyd edək ki, kral tərəfindən idarə edilən kiçik Afrika ölkəsi Svazilandı 3-cü Msvati idarə edir. O, hər il özünə həyat yoldaşı seçir. Bu məqsədlə kral arvadı olmaq istəyən minlərlə bakirə qız bambu rəqsi edir.
Yarıçılpaq qızlar mərasimdə kəsdikləri bambukları ana kraliçaya təqdim edirlər. Kral rəqsini və görünüşünü bəyəndiyi qızı özünə həyat yoldaşı seçir.