Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bayden nə danışdığını unutdu: “Nano, nano... bilmirəm...” - VİDEO
Ağ Ev Co Baydenin yenidən prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu təsdiqləyib. Baxmayaraq ki, o, bunu yenidən ailəsi ilə müzakirə edəcəyini və nəhayət, gələn ilin əvvəlindən tez olmayaraq qərarı açıqlayacağını bəyan edib.
Bu arada, Oval Ofisin yaşlı sahibinin sağlamlıq vəziyyəti və yaddaşı bir çox amerikalıları narahat edir.
Sosial şəbəkələrdə bununla bağlı ən son epizodun görüntüləri paylaşılıb. Belə ki, jurnalistlər qarşısında çıxış edən Bayden elektronika sənayesinin inkişafı haqqında danışarkən nə dediyini yaddan çıxardıb.
“Feniksdə ikinci fabrik tikiləcək ki, çiplər, üç nanoçip, üç nanoçip, çiplər, hansı ki... onsuz da, siz bilirsiniz ki, mən nədən danışıram. Nano-nano, bilmirəm”, - ABŞ prezidentinin fikri dolaşıb.
Qeyd edək ki, bu, Baydenin ilk unutqanlığı deyil. Bir dəfə o, hətta rəhbərlik etdiyi ölkənin adını yaddan çıxarıb. Ağ Ev rəhbəri bəzən özünün ABŞ-nin dövlət başçısı olduğunu xatırlamayıb, vitse-prezident Kamala Harrisi “prezident”, özünü isə gah birinci vitse-prezidentin əri, bəzən də senator kimi təqdim edib.