Beynəlxalq Kosmik Stansiyanın (BKS) orbiti bu gün səhər saatlarında dəyişdirilib.
Bu barədə Rusiyanın “Roskosmos” dövlət korporasiyası “Twitter” hesabında məlumat yayıb.
Bildirilir ki, “Soyuz MS-21” pilotlu kosmik gəmisinin buraxılışına hazırlıq işlərinə başlamaq üçün BKS-in orbital hündürlüyü təxminən 1,8 kilometr aşağı salınıb.
Qeyd edək ki, 2022-ci ildə Rusiya BKS-ə ikisi “Soyuz” və üçü “Progress” olmaqla beş kosmik gəmi göndərməyi planlaşdırır.
Высоту орбиты МКС уменьшили примерно на 1,8 км для начала подготовки к запуску пилотируемого корабля #СоюзМС21.
— РОСКОСМОС (@roscosmos) December 24, 2021
В 04:18 мск были включены двигатели грузового корабля #ПрогрессМС18. Они проработали 539,4 секунды, а величина импульса составила 1,06 м/с. pic.twitter.com/YyFJPElnYO