Ailə kiçik bir dövlətdir. Bütün ailələrdə kiçik problemlər, anlaşılmazlıqlar, ziddiyətli fikirlər ola bilər. Amma bu problemləri böyümədən həll etmək bəzən elə də asan olmur. Bəziləri bu problemləri danışıqla həll etsə də, bəziləri bir başa boşanma ərizəsi vermək üçün məhkəməyə qaçır. Nigah bir tikilidir, onun bünovrəsini hər gün möhkəmlətdirmək lazımdır.
Oxu.Az ANS PRESS-ə istinadən möhkəm nigahın sirlərini oxucularına təqdim edir.
Yarınızı dəyişməyə çalışmayın
Çalışın həyat yoldaşınızda olan çatışmazlıqları qəbul edin və onu dəyişməyə çalışmayın. Axı siz onu olduğu kimi sevib evlənmisiniz. İnsanın xarakteri 10 illərlə formalaşır. Bir gün içində onun dəyişəcəyini gözləmək ağılsızlıq olar.
Gözəlliyi qoruyun
Kişilər bütün gözəl şeyləri sevən məxluqlardır. Ona görə hətta evdə də qulluq edilmiş olun. Saç rənginizi, formasını, geyimlərinizi dəyişin. Sübut edilib ki, diqqətsiz geyim keçim, daranmamış saçlar xəyanətdən az ev dağıtmayıb.
Tez-tez sağ ol deyin
Uzun illər birlikdə yaşayandan sonra cütülüklər bir birinə gözəl sözlər deməyi, hətta təşəkkür etməyi belə unudurlar. Kişik bir işə görə, deyəcəyiniz sadə “çox sağ ol” sözü ailənizi daha da möhkəmləndirəcək.
Tələsik qərar verməyin
Hamının problemi olur. İnciyib, küsməmişdən öncə yaxşı yaxşı düşünün. Qarşı tərəfə fikirlərini ifadə etməyə imkan verin. Bununla heç kimə lazım olmayan mübahisələrdən qaça bilərsiniz.
Ortaq maraq axtarın
əgər ortaq maraqlarınız yoxdursa onları yaradın. Statistikaya görə, cütlüklər adətən ortaq maraqları olmadığı üçün yola getmir və ayrılırlar. Qeyri standart hobbi, çadırla səyahət, filmlər sizi bir birinizə daha da çox bağlayacaq.
İntim həyatı canlandırın
Yaxşı seks xoşbəxt ailənin təməlidir. Buna görə, yaxşı həyat yoldaşı ərinin sevgilisi olmalıdır. O, ərinin kənara baxmaması üçün əlindən gələni etməlidir.
Bir damla azadlıq
Qadınlar adətən bütün vaxtlarını işə və ya ailə, uşaqlara sərf edirlər. Nəticədə onların özü yaddan çıxır. Amma çalışın rəfiqələrinizlə, iş yoldaşlarınızla da vaxt keçirin. Bu həm sosiallığınızı artıracaq, həm də mənəvi istirahətinizi təmin edəcək.
Amerikalı psixoloqların fikrincə uğurlu nigahda olanlar:
Nişan üzüyü taxır
Hər ikisi işləyir
Ciddi qaydalar olmadan yaşayır
Ailə problemlərini yemək masası arxasında həll edir
Hər ikisinin tənha qalmaq üçün yeri olur