Braziliyada 8 gündən sonra start götürəcək dünya çempionatı yerli əhali tərəfindən heç də birmənalı qarşılanmır.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, dünya çempionatı kimi mötəbər turniri ölkələrində keçirməkdənsə, əhalinin sosial rifahını daha da yaxşılaşdırmağı ölkə rəhbərliyindən tələb edən və bunun üçün etiraz səsini ucaldan braziliyalılar bu dəfə fərqli bir üsula əl atıblar.
Onlar divarlarda müxtəlif etiraz xarakterli şəkillər çəkərək mundiala ev sahibliyi etməyə qarşı olduqlarını nümayiş etdiriblər.