Braziliyanın Pasu-Fundu şəhərində üçəm bacıların toyu olub.
Oxu.Az xəbər verir ki, 29 yaşlı Bini (Rafaela, Roşel və Tacin) bacıları eyni gündə ərə getməyi qərara alıblar. Gəlinlər demək olar ki, eyni paltarlar geyiniblər, eyni makiyaj və saç düzümü ediblər, onları nişanlıları isə (Rafael, Qabriel və Eduardo) qarışıq sala bilməzdilər, çünki onlar fərqli gül buketləri seçiblər.
Aytən Sadıqzadə
www.oxu.az