Skaut Uillis, Brus Uillis və Demi Murun 22 yaşlı qızı Nyu-York şəhərinin küçələrində sinəsiaçıq gəzir. Bu, İnstagram-da nyu-fotolara qoyulan qadağalara qarşı etirazdır. Bu barədə The Daily Telegraph xəbər verib. Qız öz Twitter səhifəsində etiraz aksiyasından eynifikirlilərinin rəylərindən ibarət müsahibə yerləşdirib.
Oxu.Az xəbər verir ki, may ayının 29-da Uillis Twitter-də Nyu-Yorkun küçələrində ətəkdə və çanta ilə sinəsiaçıq gəzişərək çəkdirdiyi şəkillərini yerləşdirib.
“Nyu-Yorkda icazə verilib, İnstagram-da qadağan edilib”, - Skaut Uillis fotolarının birinə belə şərh yazıb. “İnstagram-da baxmağa icazə verilməyən” ikinci şəklinin yazısı isə belə olub. Bütün şəkillər #FreeTheNipple heşteqlə təchiz edilib.
O, “gördüklərini bəyənməyənlər sadəcə səhifəmi izləməsinlər”, deyərək məsləhət də verib. Bundan başqa, Uillis öz bədənimdə rahatam və onu nümayiş etdirib-etdirməyəcəyimi heç kim mənə deyə bilməz.
Xatırladaq ki, əvvəllər İnstagram rəhbərliyi bədənin intim yerlərini nümayiş etdirilən fotoların dərc edilməsini qadağan etmək qərarına gəlib.
İnstagram-ın bu təşəbbüsü qadınlar, ilk növbədə feministlər tərəfindən qəzəblə qarşılanıb. ELLE qadın jurnalı qızın bu foto-aksiyasını bütün zamanların “ən yaxşı toples-aksiyası” (sinəsiaçıq) adlandırıb.
Qeyd edək ki, Skaut Uillisin aksiyası tamamən hüquqi idi. Nyu-Yorkda ictimai yerlərdə toples (sinəsiaçıq şəkildə) gəzməyə rəsmi şəkildə icazə verilib.
Skaut Uillis Brus Uillis və Demi Murun ortancıl qızlarıdır. Sabiq cütlüyün Rumer (25 yaşlı) və Tallula adlı (20 yaşlı) qızları da var. Brus Uillis indiki həyat yoldaşı Emma Heminqdən dünyaya gələn iki qızını tərbiyə edir.
Skautun valideynlərinin bu aksiyaya münasibətləri barədə hələ ki heç bir məlumat yoxdur.