Dünyanın ən bahalı avtomobili adı zirehli “Mercedes-Benz S600” Pullman Brabus-a veriləcək.
Oxu.Az xəbər verir ki, ilkin məlumata görə, avtomobilin qiymətinin bir milyondan artıq olacağı gözlənilir.
Zirehli “Mercedes-Benz S600” Pullman Brabus-un uzunluğu 6 metr, çəkisi 5 ton təşkil edəcək. Avtomobildə altı oturacaq olacaq, arxa sərnişinlər üçün 4 oturacaq nəzərdə tutulur. Onlar bir-birinə qarşı yerləşdiriləcək.
Elvin Əhmədov