Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bu ölkənin sakinlərinə ev heyvanları ilə bağlı “tənlik” verilib
2 pişik + 1 it = 2 it + 1 pişik. Bu, Belarusdakı ev heyvanları sahiblərinin tezliklə həll etməli olacaqları tənlikdir. Belə ki, deputatlar heyvan saxlamaq qaydalarını dəyişdirmək istəyirlər.
Bu barədə “Sputnik” xəbər verib.
Beləliklə, təklif olunan maddələrdən biri ev heyvanlarının icazə verilən sayı ilə bağlıdır. Bir ailənin yaşadığı mənzildə iki pişik və bir itdən, yaxud da əksinə, iki it və bir pişikdən çox heyvan saxlamaq olmaz.
Digər yeniliklər arasında böyük şəhərlərdə heyvanların çiplənməsi, onlara qarşı qəddar rəftarın cəzalandırılması və s. var.
Yeri gəlmişkən, zoomüdafiəçilərin fəaliyyətinə baxmayaraq, qanun layihəsi neçə illərdir ki, yerində sayırdı. Lakin yeni qərarlardan sonra bu işlərin daha sürətlə gedəcəyinə ümid ifadə edilib.