Britaniyanın “Dunelm” ev əşyaları mağazasının analitikləri maraqlı bir siyahı hazırlayıblar.
Lenta.ru xəbər verir ki, siyahı 2 min nəfər arasında keçirilən sorğuya əsasən tərtib olunub.
Respondentlər son onilliyin ən yaxşı və ən pis interyer detallarını müəyyənləşdiriblər.
Ən yaxşı ideyalar sırasında mətbəx-studio dizaynı, diod işıqlandırması və başqa bu kimi maraqlı interyer detallarının adı çəkilib.
Ən pis məişət predmetlərinin siyahısı isə daha maraqlıdır. Evinizdə bu şəkillərdə gördüyünüz 20 əşya varsa, onlardan tezliklə qurtulmağınız lazımdır. Sorğuya əsasən, bunlar zövqsüzlükdən və geridəqalmışlıqdan xəbər verir.
Süni meyvələr

Unitaz üçün xovlu üzlüklər

Avakado rəngli vanna otağı
Naxışlı xalçalar
Muncuqdan hazırlanan pərdələr

Krujeva süfrələr, altlıqlar

Heyvan müqəvvaları

Aromalı qarışıqlar
Xovlu xalçalar
Tül pərdələr

Su döşəkləri

Ağac kəsiklərini xatırladan divar üzlükləri
Güllü naxışlar
Hamam xalçaları 
Büzməli pərdələr, güllü divar kağızları
Bütün növ formasız yumşaq mebellər