Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bütün dünyanı heyran qoyan ayaqsız Cennifer – VİDEO
Ayaqsız uğurlu akrobat olmaq olarmı? Bu gənc və mərd qızın suala bir cavabı var – BƏLİ!
Oxu.Az xəbər verir ki, Cennifer Briker ayaqsız doğulub.
Əlil uşaqlarını görən valideynlər qızı xəstəxanada atıb getsələr də, Brikerlər ailəsi onu övladlığa götürüb və üç doğma övladları ilə birgə böyüdüblər.
Yeni valideynləri gənc qızda ruh möhkəmliyi tərbiyə ediblər və həyatda heç bir maneədən çəkinməməyə öyrədiblər.
Əgər Cennifer bir şey istəsə, o buna nail olur. Həm də qız uşaqlıqdan idmanla məşğul olub.
Bir dəfə 16 yaşlı Cennifer öz ögey anasından bioloji valideynlərinin kim olduğunu soruşur və əsl doğmalarının soyadını öyrənir – Moçanu.
İnanılmazdır! Sən demə, Cenniferin uşaqlıqdan pərəstiş etdiyi olimpiya çempionu Dominik Moçanu onun bacısıdır. Bacısı haqqında məlumat alan məşhur idmançı tezliklə onu axtarır tapır və Cenniferin akrobatikada etdiyi hərəkətləri görəndə gözlərinə inana bilmir – axı ayaqsız adam bunu necə bacarar?
Əgər sən həyatından “bacarmaram” sözünü çıxarsan, o zaman hər şeyi bacararsan.
