İordaniyanın özəl klinikalarının birində cərrah qeysəriyyə əməliyyatı etdikdən sonra öz mobil telefonunu qadının qarnında unudub, Oxu.Az xarici KİV-nə istinadən xəbər verir.
Zərərçəkən – 36 yaşlı Hanan Mahmud Abdul Kərim – aprelin 24-də əməliyyat keçirib, sonra isə evə buraxılıb. Bir müddət hər şey yaxşı olub, amma sonradan o, dəhşətli ağrılar hiss edib və tərpənməkdə çətinlik çəkib.
Qadının anası onu yenidən xəstəxanaya gətirib, amma ona orada heç bir yardım etməyiblər. O zaman qadınlar Əl-Başir dövlət xəstəxanasına gediblər, zərərçəkən rentgen edilib və onun qarnında yad əşya görünüb. Həkimlər onu təcili əməliyyat ediblər və telefonu çıxarıblar.
Onun işi İordaniya parlamentinə verilib və deputat Səlim Əl-Batayna dövlət hakimiyyətini bu qalmaqallı hadisəyə görə istefaya çıxmağa çağırıb. Onun sözlərinə görə, hakimiyyətin xalqa hörmət etdiyi ölkələrdə belə hadisələrdən sonra istefaya çıxırlar. Bu halda da ölkə hakimiyyəti baş verənlərə görə öz məsuliyyətini nümayiş etdirməlidir.
İordaniyanın Səhiyyə Nazirliyinin nümayəndəsi bütün bu hadisənin uydurma olduğunu bəyan edib, amma o əlavə edib ki, nazirlik bu işlə məşğul olur.