Çinin xüsusi təyinatlıları - Çinin çevik qüvvələrinin əsas tərkib hissəsidir. Bu dəstələr məhdud regional münaqişə şəraitində və son hərbi texnologiyalardan istifadə edərək, o cümlədən düşmənin əlçatmaz mövqelərinə dəqiq zərbələr endirərək müharibə aparmalıdırlar.
Xüsusi təyinatlı dəstələrin fəaliyyətinə: kəşfiyyat, qısamüddətli və ya kiçik miqyaslı hərbi əməliyyatlar və antiterror fəaliyyəti, o cümlədən separatçıların qruplarının məhv edilməsi daxildir.
Bu şəkillər bir neçə gün öncə Çinin silahlı milisinin xüsusi təyinatlı dəstələrinin məşqi zamanı çəkilib. Təlimlər Anxoy əyalətinin Çuçjou şəhəri ətrafında keçirilib.