2014-cü ilin ikinci rübündə ən çox spam (spamdan ibarət göndərilmiş məktublar) mənbəyi ABŞ-da (13,4%) qeydə alınıb.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, sonrakı yerlərdə Rusiya (6%), Vyetnam (5%) qərarlaşıb. Bu haqda Kasperski Laboratoriyası məlumat paylaşıb.
Birinci rüblə müqayisədə ümumi poçt trafikində spamın bazar payı 2,2% artaraq məktubların ümumi sayının 68,6%-ni təşkil edib.
Qeyd edilir ki, 2014-cü ilin birinci rübündə spamerlər arasında olimpiada mövzusu populyar olub, ikinci rübdə futbol üzrə dünya çempionatı onların diqqətini cəlb edib.