Papua-Yeni Qvineya dövlətinin Wogi kəndində yaşayan Dani adlı dağ qəbiləsinin üzvləri ölən qəbilə başçılarını (ata, baba) mumyalayır və onu əsrlərlə saxlayırlar.
Fotoşəkillərdən də göründüyü kimi, qəbilə başçısı Ali Mabel əsrlər əvvəl ölən ulu babası Agat Mamet Mabelin mumiyalanmış ölü bədənini qolları arasında saxlayıb.
Qəbilə üzvləri ölülərinə göstərdikləri hörməti yaşatmaq üçün bu adət-ənənəni nəsildən-nəslə ötürürlər.
Dani qəbiləsinin digər maraqlı ənənəsi isə ölən qəbilə başçısının xatirəsi üçün liderin ailəsindəki hər qadın qohumunun barmaqlarını kəsməsidir.
Aytən Sadıqzadə
www.oxu.az