ABŞ-dan yarım addımlıqda yaşayan meksikalıların gündəlik həyatı.
Donald Trampın administrasiyası Meksika ilə sərhəddəki divarın tikintisini yaxın iki ildə başa çatdırmağı vəd edir.
Amma söhbət yalnız yeni divarın tikintisindən deyil, eləcə də köhnə divarın yenidən tikilməsindən gedir. Hələ prezident C.Buşun hakimiyyətdə olduğu dövrdə min km uzunluqda divar ucaldılmışdı. Ötən illər ərzində bu divar yetərincə paslanıb. Meksikanın sərhədyanı ərazidə yaşayan sakinləri üçün divar məişətin bir detalına çevrilib: divarın üzərində paltar asırlar, axşamlar isə divar yanında əkinləri tapdayan mühacirləri tuturlar.
Oxu.Az lenta.ru-ya istinadən divarın kölgəsində keçən həyatı əks etdirən fotoları təqdim edir.

Foto: Edgard Garrido / Reuters
Ağaca çıxan qız ABŞ-a baxmağa çalışır.

Foto: Edgard Garrido / Reuters
Sərhədin Meksika tərəfində koma.

Foto: Edgard Garrido / Reuters
Dam üçün reklam banneri də yarayar.

Foto: Edgard Garrido / Reuters
Meksikalı memar Karlos Torres yol hərəkəti işarələrinin yardımı ilə divarın tikilməsinə etiraz edir. “Divar mühacirətin qarşısını almayacaq. Tramp nə dediyini bilmir. Burada divar var, amma yenə də hər həftə buradan keçərək ABŞ-a qaçırlar”, - o iddia edir.

Foto: Edgard Garrido / Reuters
Sərhədyanı Tixuanada həyətlərdən birində çəkilən rəsm.

Foto: Edgard Garrido / Reuters
36 yaşlı aşpaz Xoakin, Qvatemala vətəndaşıdır, o, ABŞ-dan deportasiya edilib.
“Mən sərhədi keçməyə o qədər cəhd etmişəm ki, sərhədçilər məni artıq üzdən tanıyırlar. Doğrudur, mən onların üzünü yadımda saxlamamışam”, - o, deyib. Hazırda Xoakin zibillikdən zibil toplayaraq onları ayırır və emal məntəqələrinə təhvil verir.

Foto: Edgard Garrido / Reuters
Xoakin ağacın budağında yaşayır. Bu fotoda o özünə yataq hazırlayır.

Foto: Edgard Garrido / Reuters
Şəhər çimərliyində cənnət: sərhədyanı Tixuanada hot-doq satıcısı gecikmiş müştərilərinə xidmət edir.

Foto: Edgard Garrido / Reuters
Ailəvi əyləncə. Tixuana sakinləri evdən uzaqda, amma sərhədə yaxın ərazidə zibil yandırırlar.

Foto: Edgard Garrido / Reuters
Çoxları üçün sərhəddəki divar məişətin bir hissəsinə çevrilib.

Foto: Edgard Garrido / Reuters
Meksika kommunal xidmətlərinin arabası

Foto: Edgard Garrido / Reuters
Tixuanadakı divar turistləri də cəlb edir, onlar çox böyük məmnuniyyətlə onun yanında şəkil çəkdirirlər.

Foto: Edgard Garrido / Reuters
Yerli sakinlər öz bostanlarında tez-tez ABŞ-a keçməyə çalışan mühacirləri tutduqlarından şikayət edirlər.

Foto: Edgard Garrido / Reuters
Divarın o biri tərəfində mühacirləri soyuq qəbul gözləyir: amerikalı patrullar sərhədə nəzarət edirlər.
S.S.
www.oxu.az