Birləşmiş Ərəb Əmirliklərində polislər üçün xoş sürpriz olub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Dubay Polisi öz avtoparkını yeni və bahalı avtomobillər daxil edib.
Onların içində ağ-yaşıl rəngdə Bugatti Veyron da var. Polislər bu avtomobil ilə ilk növbədə sürət həddinin aşılmasının qarşısını alacaqlar. Onun maksimal sürəti saatda 407 kilometrdir.
Qeyd edək ki, yerli əsayiş qoruyucuları Aston Martin One-77, Ferrari FF, Bentley Continental, Mercedes-Benz SLS AMG, Chevrolet kimi bahalı avtomobillər sürürlər.
Dubayın Yol Polisi bu avtomobillər vasitəsilə daha yaxşı iş keyfiyyətinə nail olacaq.