Venesiyada dörd ulduzlu “Hotel Terme Millepini” spa-otelində istifadəyə verilən yeni hovuzun dərinliyi 40 metrdir.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, ən dərin hovuzda suyun temperaturu 32-34 dərəcədir, ona görə də kostyumsuz çimmək olar.
Yeni gələnlər üçün xüsusi olaraq 3,10 və 15 metr dərinliklərdə xüsusi meydançalar var. Burada gənc dalğıclar dincələ bilərlər. 15 metr dərinlikdən sonra dincəlmək üçün yer yoxdur, ora artıq ən təcrübəli dayverlər baş vurur. Rezervuar 5 metrlik boru ölçülərinə qədər daralır. Hovuzun səthində isə en 20 metrdən ibarətdir.
Suyun dibinə dalmaq istəməyən sadəcə ətrafı seyr etmək istəyənlər üçün isə şüşə tunnel düzəldilib, bu tunel hovuzun tam ortasından keçir. Damda isə şezlonqların olduğu istirahət zonası yerləşir.
Hovuzun dizaynını memar və dayver Emanuele Boaretto hazırlayıb.