Dünyanın ən böyük sərnişin gəmisi “The Oasis of the seas” (Dənizlərin vahəsi) Hollandiyanın Roterdam limanına gəlib.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, nəhəng gəminin doka yan almasını izləmək üçün limana minlərlə insan toplaşıb. Məlumata görə, gəmi texniki baxışdan keçmək üçün 2 həftə ərazində limanda saxlanılacaq.
Uzunluğu 362 metr olan gəmi 6300 nəfərlik sərnişin tutumuna malikdir. Gəmidə 2400 nəfər idarəetmə heyəti çalışır.