Çində tələbə gənc öz dostunu üç ildir ki, çiyinlərində dərsə aparır.

Oxu.Az xəbər verir ki, gənclər yataqxanada yaşayırlar və Se hər gün Çjanı otaqdan məktəbə aparır və geri gətirir, eləcə də ona məişət problemlərinin həllində, qidalanma və hətta geyimlərini yumaqda yardım edir.
18 yaşlı Se Süy 19 yaşlı qrup yoldaşı Çjan Tsi ilə 3 il bundan öncə tanış olub. Onlar Çinin şimali Tszyansunun Süyçjouda şəhərində peşə məktəbinə daxil olublar.

Çjan əzələ distrofiyasından - əzələ zəifliyi ilə xarakterizə edilən xroniki xəstəlikdən əziyyət çəkir, bu səbəbdən o yeriməkdə çətinlik çəkir.

1,73 metr boyu və 75 kq çəkisi olan Se dostuna dərslərə gəlməkdə yardım edir.

Senin sözlərinə görə o, dostunu gün ərzində on dəfəyə yaxın yataqxana və siniflər arasında gəzdirir.

Hər iki gənc çox əməksevərdirlər, yaxşı oxuyurlar və universitetə daxil olmalarını səbirsizliklə gözləyirlər.
“O, gözəl tələbədir, o həm də Çjana hər zaman yardım etməyə hazır olan digər tələbələrə müsbət təsir edir. Onların yardımı sayəsində Çjan bir dənə də dərs buraxmayıb”, - məktəbin müdiri deyib.
E.Ə.
www.oxu.az