Bütün dünyanı internetlə təmin etmək üçün Facebook sosial şəbəkəsi pilotsuz təyyarə yaratmağı planlaşdırır.
Oxu.Az ANN.Az-a istinadən xəbər verir ki, layihənin detalları uzun müddət idi ki, açıqlanmırdı. Amma Nyu-Yorkda Facebook laboratoriyalarından birinin rəhbəri Yael Maguire bəzi detalları açıqlayıb.
Məlumata görə, Facebook-un pilotsuz təyyarələri günəş enerjisi ilə çalışacaq. Bu təyyarələr atmosfer qatının üzərində uça biləcək. Test uçuşlarına 2015-ci ildə başlanacaq. Tam fəaliyyətə isə 3-4 il içində buraxılacağı qeyd olunub.