“Facebook”un rəhbəri və ABŞ-ın varidatına görə 22-ci ən zəngin insanı 2013-cü ildə 1 dollar maaş alıb.
Oxu.Az İCTnew-a istinadən xəbər verir ki, “Facebook”un Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyaya təqdim etdiyi hesabatda bu məlumatlar yer alıb.
Xatırladaq ki, “Facebook” şirkəti IPO-ya çıxarılmamışdan öncə Zukerberqin maaşı 503512 dollar olub.
Qeyd edək ki, ildə 1 dollar məbləğində maaş Silikon vadisində fəaliyyət göstərən bir çox böyük şirkətlər üçün simvolik jestdir. Belə ki, zamanında Stiv Cobs öz maaşını 1 dollaradək azaltmışdı. Ötən il “Google”un həmtəsisçiləri Larri Peyc və Serqey Brin də eyni məbləğdə maaş alıblar.