Türkiyənin “Qalatasaray” klubunun qapısını qoruyan uruqvaylı futbolçu Fernando Muslera reklam çarxına çəkilib.
Oxu.Az xəbər verir ki, qapıçı videoçarxda “Ayrılıq” mahnısından bir hissə oxuyub.
Qeyd edək ki, mahnının musiqisi Əli Səlimiyə, sözləri Rəcəb İbrahimiyə məxsusdur. Onun ilk ifaçısı mahnıya öz möhürünü vuran Yaqub Zurufçu olub.
Həmin reklam filmini təqdim edirik: