İslandiyada bir futbol matçında qeyri-adi qol sevinci yaşanıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, “Stjarnan” klubunun futbolçusu atdığı qoldan sonra topu formasının altına qoyub və doğuş edəcəkmiş kimi yerə uzanıb. Komanda yoldaşları isə topu formanın altından çıxarıb sevinclə azarkeşlərə göstərib.
Futbolçuların bu qol sevinci azarkeşləri bir xeyli heyrətləndirib. Sevinclə təəccübü bir arada yaşayan azarkeşlər bu qol sevincinə görə futbolçuları alqışlayıblar.
Qeyd edək ki, futbol tarixində bu cür qəribə qol sevincləri çoxdur. Braziliya yığmasının futbolçusu Bebetonun 1994-cü il Dünya Kubokunda Hollandiyaya atdığı qoldan sonra etdiyi beşik yelləmə hərəkəti isə ən gözəl qol sevinci kimi xatirələrə həkk olunub.
E.Ə.
www.oxu.az