Amerikanın Miçiqan ştatında əkiz doğulmuş 4 övladı ilə tək qalmış gənc atanın onları necə əyləndirməsi sosial şəbəkələrdə geniş populyarlıq qazanıb.
Oxu.Az xəbər verir ki, həyat yoldaşı evdə olmadığı üçün 4 körpəsinə baxan ata Con Qudman onları əyləndirməyin yaxşı yolunu tapıb.
Bu video bir daha göstərir ki, yaxşı yumor hissinə malik olan insan, hətta belə çətin bir vəziyyətdən də çıxış yolu tapa bilər.
Həmin videonu təqdim edirik.