Braziliyalı bir gənc koreyalı olmaq üçün dəfələrlə bıçaq altına yatıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Cənubi Koreyanın Donqseo Universitetində təhsil alan Maks adlı Braziliya vətəndaşı həm tələbə yoldaşlarından fərqlənməmək, həm də koreyalılara olan heyranlığı üçün 10 dəfə plastik əməliyyat keçirib.
Ölkəsinə qayıdan 25 yaşlı Maks qıyıq gözlü, qara saçlı olmaq həvəsinə düşüb və o cür olmamağı özündə problem halına gətirib.
Minlərlə dollara başa gələn əməliyyatlardan sonra koreyalıya oxşayan Maks, özünə Xiahn adını götürüb.
Yeni üz görünüşü ilə Braziliyada və dünyanın bir çox ölkələrində məşhurlaşan Maksın həyat hekayəsi TV-lərdə yayımlandıqdan sonra çoxlu iş təklifləri alıb və ölkəsinin ən məşhur TV ulduzlarından biri olub.