Cozi Kaningem (Böyük Britaniya) şən, toppuş, oğlanlarla top oynamağı sevən adi qonşu uşaqlarından idi.
İndi 23 yaşlı parlaq makiyajlı, silikon sinəli modelə baxanda bu qızı tanımaq olmur.
O, ailədə sevilirdi, valideynləri bacardıqları heç nəyi ondan əsirgəməyiblər. Amma bütün bunlar az idi, - o, yalnız məşhur olmaq istəyirdi.
Bu gün onun qonşu qızından realiti-şou iştirakçısına çevrilmə prosesi başa çatdı. Keçən il qız sinəsini əməliyyat etdirmək üçün maliyyələşdirmə məsələsinin həllinə nail oldu, onun fikrincə bu, model olmağına yardım edəcəkdi.
Amma keçən həftə Cozi Kaningemin diqqət mərkəzində olmaq arzusu puç oldu. Belə ki, 18 həftəlik hamilə olan Cozi “Big Brother” realiti-şouda iştirak etmək üçün uşaqdan qurtulacağını bəyan edib.
“Mən nəhayət ki, məşhur olmaq arzuma çatmağa yaxınam, bundan imtina etmək fikrində deyiləm” – deyə, hamiləliyi artıq dəqiq bilinən qadın öz qərarını şərh edib.
“Kanal 5 məni iştirakçılar siyahısına salıb, amma hamilə olduğumu biləndə məncə soyuq münasibət bəsləməyə başladılar. Ona görə də abort haqqında düşünməyə başladım” – heç bir şey olmamış kimi danışan Cozi deyib, - “Əməliyyatdan sonra qayıdacam və ümid edirəm ki, hələ siyahıda olacam”.
Kanal 5 nümayəndələri qadının bu bəyanatını şərh etməkdən imtina ediblər.
Həqiqət nə olursa olsun, 18 həftəlik hamiləliyə realiti-şouda iştirak üçün son qoymaq dəhşətdir.
Sosial şəbəkələrdə narazıçılıq dalğasına baxmayaraq Cozi öz niyyətini həyata keçirməyə hazırlaşır, belə ki, o, müasir dövrdə varlı və şöhrətli olmaq üçün ən asan yolun qalmaqal olduğunu anlayıb. Bu qalmaqal nəticəsində nifrətə layiq görülsən belə.
Bu hərəkəti uğursuz ailədən olan biri etsəydi bəlkə də haqq qazandırmaq olardı, amma Cozinin valideynləri artıq 20 ildən də çoxdur ki, sevgi və anlayış içində yaşayırlar.
Onun sosial şəbəkələrdə profillərini incələyərkən, elə yeniyetmə yaşlarından öz xarici görünüşündən qayğılandığını sezmək olar. Özünə inamlı görünsə də Cozi məktəbdə eybəcər, böyük burnu olduğu üçün həmişə gülünc vəziyyətə düşdüyündən şikayətlənir. Onun sözlərinə görə bu səbəbdən 16 yaşından məktəbi ataraq təhsilə evdə davam edir. 17 yaşında birinci övladını dünyaya gətirib. Üç il bundan öncə Frenki adlı oğlu dünyaya gəlib.
Uşaqlarının atasından ayrılıb. 20 yaşında ərzis və iki uşaqla qalan Cozi adi karyera deyil, şöhrət və var-dövlətə yol tapmağa çalışdı. Məhz o zaman xarici görünüşünü dəyişmək üçün cərrahiyyə əməliyyatı etmək fikrinə düşür. O, NHS (National Health Service) tərəfindən sinəsini böyütmək üçün əməliyyatı maliyyələşdirmək razılığını əldə etdi. Eyni zamanda isə yaxınlıqdakı Lids şəhərində 2 yaşlı Oliver Doerti gəzməyinə yardım edəcək əməliyyatın maliyyələşdirilməsinə imtina cavabı alıb.
Belə vəziyyətdən utanmaq yerinə Cozi sinəsini açaraq NHS loqotipi olan fotosessiyaya çəkilib. Bundan başqa o “eskortdan olan qız” kimi də çalışmağa başladı. Onun üçüncü uşağının atası da məhz müştərilərindən biridir. Hamiləliyi gəlir mənbəyi kimi istifadə etməyə başladı – fotosessiya və müsahibələrdən pul qazanmağa başladı. Keçən ay analar günündə öz Twitter səhifəsində o, valideyn olmaqdan böyük xoşbəxtlik olmadığını deyib, bir neçə həftə bundan öncə qürurla uşağının USM olan şəklini yerləşdirib.
O, özünün yaxşı ana olduğunu iddia edib, baxmayaraq ki, hamiləlik dövründə nə spirtli içkidən, nə də siqaret çəkməkdən imtina etməyib.
“Mənim karyerama vasitə olacaq çoxlu sayda təkliflərim var”, – Cozi deyir, - “Və mən sadəcə hamilə olduğum üçün onlardan imtina edə bilmərəm. Gələn il uşağım olmayacaq, amma mən məşhurlaşacam və yeni “Range Rover”in sükanı arxasında olacam. Və mən yeni ev alacam. Heç nə yolumu kəsməməlidir”.
18 həftəlik körpəsinin qətlindən sonra Cozi Kanningem arzuladıqlarını almasa və ya bu qalmaqaldan sonra realiti-şounun prodüserlərinin onunla işləməkdən imtina etmələri ona taleyin ədalətli cavabı olacaq.
Aliyə İsmayılzadə
www.oxu.az