Braziliyalı Simoni Rene Qerreyro Dias hesab edir ki, Adolf Hitler 1945-ci ildə aprel ayının 30-da özünü güllələməyib, ahıl yaşlarında Braziliyada vəfat edib.
Oxu.Az Ann.az-a istinadən bildirir ki, qadın Nosa-Senyora-du-Livramentu şəhərciyinin hakimiyyətindən təxmini fürrerin eksqumasiyası üçün icazə alıb.
Faşist Almaniyasının süqutundan sonra Hitlerə oxşayan bir şəxs peyda olur. O, saxta pasportla yaşayırdı və yaşayış yerini dəyişirdi. O, fürrerin özü olmasa da nasist cinayətkarlardan biri ola bilər. Həyatının son illərində Boliviya sərhədlərinin yaxınlığında kiçik şəhərdə yaşayırdı. Yerli sakinlər onu “qoca alman” adlandırırdılar. Son pasporta görə onun adı Adolf Leypsiq idi. Həyatının son günləri kasıblıq içində keçib, ona görə də sərgərdan kimi tabutsuz dəfn edilib.
Rəsmi versiyaya uyğun olaraq Hitlerin, Eva Braunun və Hebbels ailəsinin üzvlərinin meyitləri Berlində tapılıb, əvvəlcə Almaniyada sovet bazasında gömülüb. 1954-cü ildə SSRİ DTK rəhbəri Serov tərəfindən Hitlerin kəllə və çənə sümüyünün bir hissəsinin Moskvada “xüsusi qaydada” saxlanılması əmri verilib.
1970-ci ildə nasistlərin basdırıldığı baza ADR-nin sərəncamına verildi. Andropovun sərəncamı ilə meyitlərin qalıqları Şenebek şəhərinin ərazisində yandırılıb, külə döndərilərək Bideris çayına atılıb.
Hal-hazırda FTX nümayəndələri iddia edirlər ki, Hitlerin çənə sümüyü indi də idarənin arxivində, kəllə sümüyü isə dövlət arxivində saxlanılır.
Braziliyada eksqumasiya zamanı əldə edilən hissələr Moskvaya genetik ekspertizaya göndərilib. DNT analizlərinin nəticələri 6 aydan sonra müəyyən ediləcək.