Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İcadından hər birimizin yararlandığı milyarder vəfat etdi - FOTO
ABŞ-nin “Intel” şirkətinin yaradıcılarından Qordon Mur 95 yaşında vəfat edib.
Bu barədə mikroprosessor istehsalçısının saytında deyilir.
Açıqlamada bildirilir ki, Mur Havaydakı evində ailəsinin əhatəsində dünyasını dəyişib.
Mur “Intel” şirkətini həmkarı Robert Noys ilə birlikdə 1968-ci ilin iyulunda qurub. Bununla belə, Mur özünü “təsadüfi sahibkar” adlandırırdı. Başqaları onu yarımkeçirici sənayesində ən böyük şirkətlərdən birinin yaradıcısı, istedadlı bir mühəndis hesab edirdilər. Hələ ötən əsrin altmışıncı illərində o, bütün sənayenin inkişaf prinsiplərini proqnozlaşdıra bilib.
“Forbes” jurnalı bu ilin əvvəlində Qordon Murun şəxsi sərvətini 7,2 milyard dollar dəyərində qiymətləndirib.
Mənbə: 3DNews