Moskvada 16 yaşlı imkanlı yeniyetmə Qriqori Mamurin yenidən pul müqabilində sevgili cütlüklərin başına oyun açıb.
Oxu.Az xəbər verir ki, yeniyetmə parkda gəzən cütlüyə yaxınlaşaraq, pul müqabilində oğlanlardan onun sevgilisini öpməyi təklif edib, onlar da razılaşıblar.
Qriqori Mamurin həmin görüntüləri lentə alıb və YouTube-da yerləşdirib.
Qeyd edək ki, bir müddət öncə 16 yaşlı yeniyetmə qızı küçədə çılpaq gəzməyə məcbur etmişdi, digər yoldan keçənə isə bir stəkan sidik içmək üçün 10 min ödəmişdi.
Qriqori Mamurin 16 yaşlı gəncdir, o, milyarder Xabarovskun “Daıreo” developerinin və bir neçə digər şirkətin rəhbəri İqor Neklyudovun nəvəsidir. Məktəbli Qriqori Mamurinin anası Xabarovskda fitnes-klub şəbəkəsinin sahibəsidir. Yeniyetmə Qrişa isə Moskvada əylənir.
Elvin Əhmədov
www.oxu.az