Yay aylarında İngiltərədə havalar o qədər də isti olmasa da, hər il çimərliklərə xeyli insan üz tutur.
Kent əyalətindəki dənizkənarı bölgələrdə həm yerlilərin, həm də turistlərin ziyarət etdiyi bir neçə çimərlik var.
Margate və Ramsgate şəhərləri arasında bir neçə çimərlik insanlara xidmət göstərir. Buradakı çimərliklər əsasən narın qumla örtülüb

Təbaşir qayalarla əhatələnən Kent çimərlikləri arasında "Batany Bay" insanların ən çox maraq göstərdiyi buxtalardan biridir

"Batany Bay" Margate və Broadstairs şəhərləri arasında yerləşir. Havanın küləkli olmasına və hararətin 22 dərəcədən aşağı olmasına baxmayaraq çimərlikdə xeyli insan var

Çimərlikdə özünü günəşə verərək istirahət edən xeyli cütlüklə rastlaşmaq olar

Çimərlikdə vaxtını mobil telefonla keçirən və selfi çəkən xeyli insan görmək mümkündür

Bu çimərliklər mühafizə xidməti ilə təmin olunub və çimmək üçün müəyyən edilmiş ərazi o qədər də dərin olmur

Çimərliyə gələn bəzi insanlar isə özləri ilə körpələrini də gətirirlər

Çimərlikdə kitab və qəzet oxuyan bir xeyli insana rast gəlmək mümkündür

Dənizdə suyun temperaturu çox ilıq olmasa da (təxminən 15 dərəcə) və havanın küləkli keçməsinə baxmayaraq, bir çoxları üzmək üçün dənizə baş vururlar

Digərləri isə sadəcə dənizin kənarında yeriməklə kifayətlənir və dalğaları seyr edir

Çimərlikləri yerli sakinlər ilə yanaşı çoxlu turistlər də ziyarət edir. Bu qrup yoldaşlarından birini quma basdırmaqla əylənir

Qağayılar çimərliklərin daimi sakinləridir. Onlar yemək üçün qumluqda gəzişir və bəzən qonaqların yeməklərinə də hücum edirlər

Ziyarətçilər vaxtlarını həm də müxtəlif oyunlar oynmaqla keçirirlər

Hava qaraldıqca, həm dənizin səviyyəsi aşağı düşür, həm də hava daha da sərinləşir

Axşama doğru insanlara çimərlikdə itlə gəzməyə də icazə verilir

İnsanların çimərliyi tərk etməsi ardından əllərində metal detektor gəzdirən şəxslər qumluqların arasında dəmir pul axtarırlar

Bəzi insanlar isə sahildə dənizin çəkildiyi və insanların daha az olduğu axşam saatlarında istirahət etməyə üstünlük verirlər
