Çin operatoru China Telecom reklamda yeni flaqman smartfonu Apple iPhone 6-nın sirrini açdı.
Oxu.Az xəbər verir ki, bu barədə Forbes nəşri bildirib.
Twitter-in çin analoqu olan Weibo saytında China Telekom, müqaviləsiz iPhone 6 satacağını yazıb. Bu isə operatorun müştərilərinə ilk dəfə olaraq iPhone 6-nın müqaviləsiz və LTE dəstəyi ilə satacağı deməkdir.
Amma daha vacib, iPhone-nun rəsmi promo-təsviri ola biləcək, qızılı, gümüşü və qara korpuslu şəklil dərc edilib. Smartfonlar şəkillərdə dairəvi formaları ilə iPhone 5S-dən seçilir.
Bir qayda olaraq, Apple partnyorları buraxılışa hazırlanan məhsul sirr olaraq saxlanılır. Ehtimal edilir ki, China Telecom yazını səhvən dərc edib, çünki o artıq operatorun Weibo-da olan rəsmi bloqundan silinib.
China Telecom Çinin 180 milyon abunəçisi olan üç əsas operatorlarından biridir. Bu üçlüyə ondan başqa China Mobile və China Unicom daxildir. Apple şirkəti, iCloud servisindən China Telecom serverini, çin istifadəçilərinin məlumatını saxlamaq üçün istifadə edəcək.
Sentyabr ayının 9-dan Apple - 4,7 və 5,5 düymlük ekranı olan iki yeni iPhone təqdim edəcək. Şaiyələrə görə yeni smartfonların panellərində Applenin loqotipi olacaq, eləcə də qurğunun NFC- modulu ola bilər.
