Naser əd-Din Şah Qacar (16 iyul 1831 – 1 may 1896) – Qacarlar nəslindən İranın dördüncü şahıdır. O, 1848-ci ilin 17 sentyabrından ömrünün sonuna qədər - 1896-cı ilə qədər hakimiyyətdə olub. Naser əd-Dinin 47 illik hakimiyyəti yeni tarixdə ən uzunmüddətli və İranın üç min illik tarixində isə üçüncü hakimiyyətdir.

Hələ 13 yaşında olarkən o, fotoqrafiya ilə tanış olur və prosesə elə alüdə olur ki, şah olduqdan sonra fransız fotoqrafı Fransis Karliananı öz sarayına ilk fotostudiyanı yaratmaq üçün dəvət edir. Daha sonra Sveryüqin Naser əd-Din Şahın saray fotoqrafı olur və İranın 1870-ci ildən 1930-cu ilə qədər əsl fotosalnaməsini yaradır, bunun üçün o hətta xan adına belə layiq görülür.
Müsəlman hakimi üçün o, yaxşı təhsil almışdı, Avropa təsirinə meyilli idi. Bu isə əyanları tərəfindən narazılığa, daha sonra isə şahın ölümünə səbəb oldu.
Sələflərindən fərqli olaraq şah sarayların saxlanılmasına və xarici səfərlərə böyük vəsait ayırırdı.
1873-cü ildə Parisə, sonra isə II Aleksandrın dəvəti ilə Sankt-Peterburqa səfər edir. Hər iki paytaxtda şah baletə tamaşa edir. Tehrana qayıtdıqdan sonra isə arvadlarına güllü şalvarların üstündən ağ corab və qısa ətək geyinməyi göstəriş verir. Müsəlman qadınların imtina etmədikləri yeganə şey baş örtükləri oldu.
Qısa ətək dəbi şah sarayından kənara çıxdı və bəzi evlərdə qadınlar da belə geyinməyə başladılar, atelyedə isə Sveryüqin qadınları bəzən baş örtüyü olmadan da çəkirdi.

Naser əd-Din şah şəkilləri üzərinə atlas çəkilmiş albomlarda saxlayırdı. Bu unikal və ekstroordinar toplu sarayın güllə keçməz və zəlzələlərə davamlı otağında saxlanılır. Sayı 50 min ədədə yaxın olan bu işlərə tədqiqatçılar və jurnalistlər baxa bilər. Muzeyin birinci mərtəbəsində aşağı keyfiyyətli 50 əsər nümayiş etdirilir. Bu işlərin ekstroordinallığı isə bu idi - o dövrdə şəriət qanununa görə insan simasının çəkilməsi yolverilməz idi, amma qanunu pozan şah olduğu üçün din xadimləri ona qarşı dura bilmirdilər.



Naser əd-Din sənədli fotoqrafiyanı dəbə saldı, o tələb edirdi ki, onun səfərləri də, saray tədbirləri də əks olunsun, o fotoqrafları hərbi hadisələri, memarlıq abidələrini və tarixi yerləri çəkməyə yollayırdı, o, yerli hakimləri öz məruzələrinə fotolar əlavə etmək barədə sərəncam verirdi. Şəkillər çox zaman imzalanır və kateqoriyalar üzrə ayrılırdı.
Qadınların fotoları hərəmxana həyatı haqqında fikirləri təkzib edir, şəkillərdə qadınlar heç də qorxaq və ya ürkək görünmürlər, onlar fotoaparatın obyektivinə diqqətlə baxırlar. Hətta onların hərəmxanada dost münasibətlərinin olduğunu ehtimal etmək olar – bəzi fotolarda bərabər oturan qadın qrupu əks olunub.

Naser əd-Din şahın şəkillərinə görə monarxın zövqünü müəyyən etmək olar – onların hamısının kök, qalın qaşlı bəzən isə gözə çarpacaq bığları da olub. Bəzi fotolarda onlar açıq qarınlarında piy qatları ilə əks olunublar. Bu isə onların çox yediklərini və az hərəkətli həyat tərzi keçirdiklərinin göstəricisidir.


Qolestan toplusunda hətta çılpaq qadın (!) şəkilləri də var, onlar 1979-cu ildən İran İslam İnqilabı dövründən sarayın kabinetlərinin birində gizli saxlanılır.

Ansiodolla şahın 90 arvadı içində ən gözəli idi:

Sveyüqinin fotoları:




