Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İslam Almaniyada rəsmi dinə çevrilir
Almaniyada müsəlmanlar üçün yaxşı vaxtlar başlayır: Bu ölkənin bəzi torpaqlarında islam rəsmi din kimi tanınır.
Oxu.Az RT-yə istinadən xəbər verir ki, bu, artan miqrasiya fonunda ölkədə ciddi tənqidə səbəb olur.
Bremen federal torpağı Almaniyada ilk dəfə olaraq, islamı rəsmi din kimi tanıyıb. Qonşu Aşağı Saksoniya da növbədədir. Yaxın gələcəkdə ən azından daha üç region onlara qoşulacaqlar. Rəsmi statusun alınması dini bayramları geniş şəkildə qeyd etməyə, ölüləri müsəlman qaydaları üzrə basdırmağa və islamın əsaslarından dərs keçməyə imkan verir.
“Mümkündür ki, gələcəkdə bu məscid yaxud da məktəb tikməyə imkan verəcək. Bundan başqa, bütün bunlar bizə müxtəlif dini icmalar arasında əlaqə qurmaqda kömək olacaq. Son 10 ildə hər iki tərəf inteqrasiyanı dərinləşdirmək istiqamətində addımlar atıblar” - deyə, Bremen məscidinin katibi Əbdüləziz Kabadayı deyir.
Yeniliyin əleyhdarları iddia edirlər ki, o, siyasi xal toplamaq üçün qəbul olunub.
“Bunu Almaniyanın müsəlmanlaşdırılması kimi şərh etmək olar, lakin mənə elə gəlir ki, bu, daha çox siyasi addımdır. Siyasətçilər müsəlmanlara islamın alman mədəniyyətinin bir hissəsi ola biləcəyinə işarə vururlar. Lakin almanların əksəriyyəti bunun əleyhinədir”, - deyə, “Almaniya uğrunda” partiyasının lideri Manfred Rouz bildirib.
Almaniya sakinlərinin yalnız 9%-i islamın alman mədəniyyəti ilə uyğunlaşa biləcəyini hesab edirlər. Bu, Avropada ən aşağı göstəricidir. Əhalinin 30%-i terrorizmlə bağlı narahatlıqlarını bildirib. Və vətəndaşların yarıdan çoxu Almaniyada müsəlmanların həddən artıq çox olduğunu düşünürlər.
Lakin əslində müsəlmanlar ölkə əhalisinin yalnız 5%-ni təşkil edirlər. Beləliklə də, ola bilsin Almaniya üçün əsl problem başqa şeydədir.
“Mənə elə gəlir ki, bizim problemimiz islamda deyil, kütləvi miqrasiyadadır. İnsanlar özləri də bunu bilmədən bu anlayışları qarışdırırlar”, - deyə, “Almaniya üçün alternativ” partiyasının regional sədri Paul Hampel bildirir.
Lakin alman ictimaiyyətinin islamı necə qəbul etməsindən asılı olmayaraq, getdikcə daha çox federal torpaq Bremenin nümunəsini təkrarlamağa və Almaniyada yaşayan 4 milyon müsəlmana xristianlar və yəhudilərdə olduğu kimi hüquqlar vermək niyyətindədir.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniya, Böyük Britaniya və Fransa liderlərinin müşavirləri ABŞ-yə yola düşüblər
- Almaniya Azərbaycan və Ermənistan arasındakı razılaşmaları alqışlayır
- Üç Avropa ölkəsinin səfiri İran XİN-ə çağırıldı
- Almaniya kəşfiyyatı koronavirus pandemiyasının baş vermə səbəbini açıqladı
- "Volkswagen" Almaniya ordusu üçün silah istehsalına başlaya bilər