Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İslandiyada oyanmış vulkanın lavası artıq kosmosdan da göründü - FOTO
İslandiyada oyanmış vulkan o qədər lava püskürüb ki, artıq onu kosmosdan görmək olur.
Kadrlar Avropanın “Copernicus” Kosmik Agentliyinin “ENTINEL-2” peykləri tərəfindən qeydə alınıb.
Xatırladaq ki, İslandiyadakı vulkan ötən ilin sonunda görünməmiş seysmik aktivlik əlamətlərini göstərməyə başlayıb. İsti lavanın super sürətlə hərəkəti isə alimləri xüsusilə narahat edib.
Son püskürmə zamanı yerli hakimiyyət orqanları məşhur hidrotermal kurortları boşaltmalı olublar.
Bundan əvvəl İslandiyada lavanın qar sahələrini necə əhatə etdiyi barədə drondan çəkilmiş heyrətamiz görüntülər yayılıb.
Mənbə: 24tv.ua
Mövzuya aid xəbərlər
- Lavanın İslandiyanın qarlı ərazilərini cənginə almasının heyrətamiz görüntüləri - VİDEO
- İslandiyada vulkan püskürdü, fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO
- İslandiyada vulkan püskürməsi nəticəsində evlər yanıb - YENİLƏNİB + FOTO/VİDEO
- İslandiyada vulkan püskürüb - VİDEO
- Mütəxəssisdən İslandiyada vulkan püskürməsi ilə bağlı iddia: Dünyaya təsir edə bilər
Ən çox oxunanlar