ABŞ prezidenti Barak Obamanın kabab bişirən yerdə fotosu yayılıb.
Oxu.Az xəbər verir ki, həftə sonu çəkilmiş fotoşəkil Obamanın Facebook-dakı rəsmi səhifəsində paylaşılıb.
Facebook istifadəçilərinin böyük marağına səbəb olan fotonu 608 min nəfərdən çox insan bəyənib, daha 21 min nəfər paylaşıb.
Qeyd edək ki, Obamanın Facebook səhifəsinin 41,5 milyondan artıq izləyicisi var.
