Cəbrayıl Əlikram oğlu Zəkiyev 1 oktyabr 1997-ci ildə Bakıda anadan olub. İbtidai təhsilini Xırdalan şəhərində alıb.
Oxu.Az Photostock.Az-a istinadən xəbər verir ki, doqquzuncu sinfi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Kollecinə daxil olub. Daha sonra ali təhsilini Ukraynanın Lvov Milli İncəsənət Akademiyasında davam etdirib.

Akademiyada keramika ixtisası üzrə bakalavr, şüşə sənəti üzrə isə magistratura təhsili alıb. Təhsil müddətindəki fəaliyyəti ilə seçilən Zəkiyevin adı akademiyanın fəxri kitabına daxil edilib. Rəssam keramika və şüşə sənəti ilə uşaqlıq yaşlarından, təxminən 9-10 yaşlarından məşğul olur.
Peşəkar yaradıcılığı ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olan Zəkiyev son dörd ildir Avropa Azərbaycan Məktəbində keramika müəllimi kimi çalışır. Cəbrayıl Zəkiyev Azərbaycan Rəssamlar İttifaqının üzvüdür və Azərbaycan Prezidentinin təqaüdünə layiq görülüb.

O, müxtəlif incəsənət layihə və tədbirlərində iştirak etməklə yanaşı, onların təşkilində də fəal rol alır. Rəssam 20 avqust 2026-cı ildə keçirilən "Uzaq Şərqin izləri" sərgisinin baş layihə rəhbəri olub.
Keramika və şüşə sənəti rəssamı Cəbrayıl Zəkiyev ilə fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az