Kommunar – bu, Rusiyanın Xakasiya respublikasının Şirinsk rayonunda salınmış qəsəbədir.
Əhalisi 2011-ci il məlumatına görə, 3563 nəfərdən ibarətdir.
Bu yaşayış məntəqəsinin əsas müəssisəsi “Kommunar mədəni” ASC-dir. Kommunarın ərazisinə qədim insan məskəninin (30 min ilə yaxın yaşı var) və çoxsaylı karstik mağaraların, o cümlədən Pandora qutusu adlanan – uzunluğa görə Rusiyada ikinci yeri tutan əhəngdaşı mağarasının yerləşdiyi Malaya Sıya qəsəbəsi daxildir.
“Kommunar mədəni” ASC Xakasiya respublikası ərazisində şəhərsalmaya yardım edən qədim müəssisədir. Qızıl sənayesi burada 1833 ilə aiddir. Mövcud olduğu illər ərzində burdan Rusiya xəzinəsinə 100 ton qızıl göndərilib, orta hesabla hər il mədəndən 1 ton valyuta metalı çıxarılır.
Yəqin ki, oxucular artıq kiçik qızıl mədəni olan zəngin bir qəsəbə təsəvvür etdilər. Amma bəzən hər şey lazım olduğu qədər yaxşı olmur.
Oxu.Az Rusiya KİV-nə istinadən qəsəbənin şəkillərini təqdim edir.
Şəkillərdən qəsəbə sakinlərinin asfalt örtüyünün nə demək olduğunu belə bilmirlər, yollar palçıqlı, ağacdan tikilmiş evlər isə yoxsul və kommunikasiyadan uzaqdır.
Təqdim edilən şəkillərdən sonra isə artıq söz deməyə ehtiyac yoxdur.