Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Kosmik kabus: NASA-nın ən böyük aparatı Marsın qəribə şəklini çəkdi
NASA-nın 30 metrlik ən iri kosmik aparatı "Europa Clipper" Yupiterin buzla örtülü "Avropa" peykini araşdırmaq üçün uçuş zamanı Marsın infraqırmızı fotosunu çəkib. Lakin görüntülər qəribəliyi ilə alimləri heyrətə gətirib.
Oxu.Az-ın "Space"ə istinadla verdiyi məlumata görə, şəkil aparatın əsas alətlərindən biri olan "E-THEMIS"in düzgün işlədiyini yoxlamaq məqsədilə əldə olunub.
"Europa Clipper" Marsdan cəmi 884 km məsafədən keçərək planeti boz tonlarda, "kosmik kabus" kimi təsvir edən fotonu çəkib. Bu görüntü 18 dəqiqə ərzində 1 000 kadr əsasında hazırlanıb.
Qeyd edək ki, aparat Yupiterə çatana qədər Mars və Yer ətrafında qravitasiya manevrləri edəcək. 2030-cu ildə "Avropa" peykinə çatdıqdan sonra 49 yaxın uçuş həyata keçirəcək və buz altında mümkün həyat izlərini axtaracaq.
Elm adamları ümid edirlər ki, bu missiya "Avropa"da həyatın mümkün olub-olmadığını ortaya çıxaracaq. Çünki bu peykin buzla örtülü səthi altında maye sudan ibarət okean olduğu güman edilir.
"Mars planeti" teqi üzrə xəbərlər
- Marsdan gələn şəkillərdəki qəribə obyektin SİRRİ açıqlandı
- Heç kim onun necə peyda olduğunu bilmir: "Perseverance" Marsın peykinin şəklini çəkdi
- "Qırmızı planet"in səması yaşıla büründü - Alimləri heyrətləndirən möhtəşəm görüntü
- Marsın dərinliyində böyük göl aşkarlandı
- Qırmızı Planetdən unikal görüntü: Mars küləkləri izləri silmədən çəkildi