Taxt, tac, hakimiyyət... Əsas həyatdan zövq almaqdır! Ən azından müasir kral qanından olan bəziləri belə hesab edir.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, Şotlandiya məhkəməsi 27 yaşlı alman şahzadəsi Teodora Zayn-Vitgenşteynlə əlaqəli hökm çıxarıb.
Kral davranışı ilə seçilməyən monarxlar və onların ailə üzvlərinin siyahısını təqdim edirik:
Teodora Zayn-Vitgenşteyn: mini-striptiz, əyyaşlıq və irqçilik.

2014-cü ilin iyun ayında 27 yaşlı alman şahzadəsinin qeyri-etik davranışına, etnik əsasda hədə-qorxu gəldiyi və saxlanılan zaman müqavimət göstərdiyi üçün 1700 dollar cərimə ödəməsi barədə hökm verilib. Qədim aristokrat nəslinin nümayəndəsi mart ayında həbs edilib: prestijli St Andrews Universitetinin tələbə şənliyində qız paltarını soyunmağa cəhd edib, ətrafdakıları təhqir edib, hadisə yerinə gələn polislərlə mübarizə aparmağa çalışıb. Teodora homoseksuallara söyüş yağdırıb və müsəlmanları öldürməyə çağırıb.
Şahzadə Cefri: şopoqolizm və əxlaqsızlıq.

Sultan Bruneyin doğma qardaşı şahzadə Cefri kral qanından olan ən seksual asılılıqlı nümayəndə adına layiq olandır. Ən sevimli yaxtasını Tits, iki tenderini isə Nipple-1 və Nipple-2 adlandırıb. Bundan başqa, monarx ailəsinin nümayəndəsi məşhur şopoqolikdir: hətta bir aya 55 milyon xərclədiyi zaman da olub. Əslində elə bir şey də almayıb: hərəsi 8,5 milyon dollara olan 10 saat və qalanı da xırda-para əşyalar. Cefrinin Avtoparkı 2300 maşından ibarətdir. İndi isə Cefri çox təvazökarcasına yaşayır – ayda cəmi 22 min dollara.
Meşael Alayban: quldarlıq.

Səudiyyə Ərəbistanının şahzadəsi Əbdülrəhmanın arvadı Meşael Alayban bu siyahıda bəlkə də ən kriminal şəxsdir. Şahzadə deyəsən XXI əsrin gəldiyindən xəbərsizdir, 2013-cü ildə onu Kaliforniyada quldarlıqda şübhəli bilindiyi üçün həbs ediblər. Keniyadan olan bir qadın Meşaelin onu ABŞ-dakı malikanəsinə işə götürərək ona pul vermədiyini və ümumiyyətlə, pasportunu almaqda ittiham edib. Xidmətçi evdən qaçıb və polisə müraciət edib, malikanəyə gələn asayiş keşikçiləri burada daha dörd qulun olduğunu görüblər. Məhkəmə oldu, amma şahzadənin günahını sübut etmək üçün dəlil tapılmadı və onu buraxmalı oldular.
Şahzadə Harri: qalmaqal, faşizm, marixuana və mətbuat ilə davalar.
Şahzadə Harri Britaniya kral ailəsinin “enfant terrible” hesab edilir. Həyatının üçüncü on illiyini xırdalayan vəliəhd oğlu bir qədər sakitləşsə də, artıq sakit monarx adını ala bilməyəcək. Onun əməlləri siyahısında Las-Veqasda 2012-ci ildə esesçinin hərbi geyimində gəldiyi tədbir, 2005-ci ildə paparatsi ilə dava, 2002-ci ildə 17 yaşında marixuanadan istifadə yer alır.
İrina Uolker: xoruz döyüşləri.

2013-cü ildə daha bir şahzadə ABŞ məhkəməsindən cəza alıb. I Mixay rumın kralının qızı İrina Uolkeri Amerika qanunlarına görə qadağa edilən, xoruz döyüşlərinin təşkilində günahlandırıblar. Şahzadə və onun həyat yoldaşı il boyu təşkil etdikləri hər döyüşdə ən azı 2000 dollar qazanırdılar.
Maxa Vaçiralonkorn: it şəxsiyyəti kultu.

Tailandın şahzadəsi Maxa Vaçiralonkorn və onun arvadı Srirasmi karlik pudelləri Fu Funu çox sevirdilər. Ona görə də 2009-cu ildə itin ad günündə ekstrovoqant şənlik tədbir ediblər. Srirasmi yalnız strinq geyindiyi videoda itinə bayram tortu gətirib. Bu video internetin hitinə çevrilmişdi. Bundan başqa, Maxa itinə “mar.al” rütbəsi vermişdi və hərbi geyimli it tez-tez rəsmi tədbirlərdə iştirak edirdi.
Ernest Avqust Hannoverski: spirtli içki düşkünü və müxbirlərlə dava.

Monako şahzadəsi Karolina Qrimaldinin həyat yoldaşı II Yelizavetanın uzaq qohumudur, tam əyyaş olmasa da içki təklif edilən şənlikləri sevir. Belə şənliklərdən birinin sayəsində o, şahzadə Felipenin (indiki kral Filipp VI) toyuna gələ bilməyib, çünki toy ərəfəsində möhkəm içmişdi. Bundan başqa, paparatsilərlə saysız davalarına görə, Ernest Avqust eləcə də “davakar şahzadə” ləqəbini alıb.
Maxa Əl-Sudairi: hesab ödəməkdən boyun qaçırır.
Səudiyyə Ərəbistanının kral ailəsindən olan şahzadə Maxa Əl-Sudairi hesablarda yüklü miqdarda pul gördükdə ödəmir. O, Shangri-La Paris otelində 6 ay yaşayandan sonra otaq, qida və əyləncə üçün altı milyonluq hesabı ödəmək yadından çıxmış kimi davranıb. O, sadəcə əşyalarını toplayıb və çıxışa yönəlib. 2008-ci ildə dəbli butiklərdən 16 milyonluq hesab aldıqda şahzadə Parisdə Səudiyyə Ərəbistanının səfirliyində siyasi sığınacaq istəyib. Bu məbləğin 89 min avrosunu Maxa iç geyimi mağazasında xərcləyib.
I Xuan Karlos: Qrinpisdə ov, iqtisadi böhran və qadınlar.

İspaniyanın kralı I Xuan Karlos (keçmiş) Vəhşi Təbiətin Ümumdünya Fondu (WWF) ispan bölməsinin rəhbəri idi. Hər şey normal idi, amma 2012-ci ildə məlum oldu ki, kral Botsvanda fil ovuna çıxıb. Bu fakt təsadüfən üzə çıxdı: ovda ayağını yaralayan kral dərhal hospitala yerləşdirilir. İspan KİV-nin krala yazığı gəlməyib. Əksinə, bilmirdilər ki, hadisəyə necə yanaşsınlar. Heyvanları ovladığı üçün danlasınlar, safari turun qiyməti barədə fısıldasınlar və ya ova tək deyil, boşanmış alman şahzadəsi Karina Zayn-Vitgenşteyn ilə bərabər getməsini vurğulasınlar. Nəticədə monarxı WWF-dən qovdular.