Bir zamanlar gəlinciyə bənzər xarici görünüş dəb idi və belə görünüşə malik qızlar “kukla” makiyajı edərək, bellərini mümkün qədər sıxırdılar.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu yolda ən böyük uğuru Valeriya Lukyanova qazandı. Amma bir müddət sonra bu canlı kuklalar ətrafında səs-küy yatdı. Amma bir müddətlik.
Sizə yeni kuklanı – Lolita Riçini təqdim edirik. Bu qıza baxanda adam onun canlı olduğuna inanmaqda çətinlik çəkir. Onun bədəninin formaları Barbi kuklasına çox uyğundur.
Populyarlığına görə isə Valeriya Lukyanovaya rəqib ola bilər.
Bu gözəl qızın şəkillərini sizə təqdim edirik: