Amerikanın dünyada ən iri fast-food qida restoranları şəbəkəsinə malik olan “McDonalds” korporasiyası ilk dəfə olaraq öz qida müəssisələrindən birində çəkiliş qrupuna təqdim edilən qidanın nədən hazırlandığını izləmək üçün izn verib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin nümayəndələri ikinci gün bildiriblər.
Amerikanın ABC telekanalının jurnalistləri Kaliforniya ştatında yerləşən “McDonalds” müəssisələrindən birinin ət emalı şöbəsində olub və buterbrodlar üçün kotletlərin hazırlanmasını müşahidə ediblər. Şirkətin əməkdaşları bildiriblər ki, bunun üçün iki cür yağlı və yağsız dana ətindən istifadə edilir.
Onlar əmin etdilər ki, hamburgerlərin hazırlanmasında köhnə ətdən heç vaxt istifadə edilmir. Amma bununla yanaşı korporasiyada etiraf etdilər ki, kotletlərin hazırlanmasında əti istifadə edilən inəklərə hormonlar verilir. “McDonalds”da iddia edirlər ki, bu “ABŞ fermerləri arasında artımı stimullaşdıran sanatrt təcrübədir”.
Şirkətin nümayəndələri açıqlama veriblər ki, jurnalistləri “müştərilərinin “Makdonalds” qidaları barədə dəqiq məlumata malik olmaları” üçün dəvət ediblər. Onlar həmçinin qeyd ediblər ki, bu addım rstoran şəbəkəsinin işlərinin hal-hazırda necə getməsindən asılı deyil. ABŞ-da 14 min “Makdonalds” restoranı, onların 90%-i franşiz üzrə çalışır.
Şirkəti dəfələrlə keyfiyyətsiz inqredientlərin, eləcə də zərərli qida əalvələrin istifadəsində ittiham ediblər, TASS xəbər verir.