Televiziyanın Oscarları olaraq xarakterizə edilən “Emmy Mükafatları 66” öz sahiblərini tapıb. Gecənin hadisəsi isə “Breaking Bad” serialının baş rol ifaçısı Bryan Cranstonun öpüşü olub.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, komediya sahəsi üzrə “Ən yaxşı qadın aktrisa”mükafatına layiq görülən Julia Louis-Dreyfus, “Breaking Bad” serialının baş rol ifaçısı Bryan Cranstonun sürpriziylə şok olub.
Məşhur aktyor, bir anda Julia Louis-Dreyfusu öpməyə başlayıb. Əvvəl nə edəcəyini bilməyən gözəl aktrisa, daha sonra Cranstona cavab verib. Cranstonu aparıcı Jimmy Fallon dayandırmaq məcburiyyətində qalıb.