Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Mikrofonun açıq olduğunu unudan Bayden canlı yayımda jurnalisti söydü - VİDEO
Mikrofonunun açıq olduğundan xəbərsiz olan ABŞ Prezidenti Co Bayden ona inflyasiya ilə bağlı sual verməyə çalışan “Fox News” telekanalının müxbirini söyüb.
İnsident dövlət başçısının Ağ Evdə iqtisadi müşavirləri ilə görüşündə baş verib.
Bildirilir ki, dövlət başçısının və administrasiya üzvlərinin giriş nitqindən sonra mətbuat nümayəndələrindən zalı tərk etməsi tələb olunub, ancaq jurnalistlər suallarına davam ediblər. Həmin müxbirlərdən biri Bayden və onun siyasətini tənqid etməsi ilə tanınan Piter Dusi olub. Bayden əvvəlcə “Fox News” müxbirinin sözlərini “dəyərli bir müşahidə” kimi qeyd edib, sonra isə az qala dodaqlarını tərpətmədən və media nümayəndəsinə baxmadan əlavə edib: “Nə axmaq...”
Qeyd edək ki, hadisədən sonra Bayden şəxsən Dusiyə zəng edib. Jurnalistlə söhbəti zamanı o, qeydinin “şəxsi bir şey olmadığını” vurğulayıb.