Amerika ştatı Floridanın sahillərində balıqçılar inanılmaz video çəkiblər.
Onların gözü önündə nəhəng xanı balığı akulanı udub. Video YouTube-a avqust ayının 19-da yüklənib, amma ona artıq 10,6 milyon dəfədən çox baxılıb, Oxu.Az xəbər verir.
Videoda kişi 4 fut (4 metrdən bir az böyük) uzunluğunda akulanı sudan çıxarır. Bu an suyun altında tünd kölgə görünür. Gözlənilmədən nəhəng xanı balığı sudan çıxır və bir an içində amerikalının ovunu udur.