Bu gün Normandiyada müttəfiqlərin gəlişinin 70 illiyinə həsr edilmiş tədbirlərin rəsmi açılışıdır. Bu əməliyyat ikinci cəbhəni açmış oldu – faşist Almaniyası ilə döyüşə ABŞ, Böyük Britaniya və Kanada müharibəyə qoşuldu.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, əsas bayram tədbirləri beşinci günə planlaşdırılıb. Dördüncü gün isə Fransaya öz həyat yoldaşı ilə Britaniya şahzadəsi Çarlz gəlib. O, Peqas körpüsünə səfər edib, bu britaniyalı desantlar tərəfindən fransız torpağında azad edilən ilk məkan idi. Qonaqlar bu əməliyyatda həyatını itirən müttəfiqlərin xatirəsini yad edərək monumentin qarşısına çələng qoyublar. Veteranlarla, əməliyyatlarda iştirak edənlərlə görüşüblər.
Fransada əməliyyatda iştirak edən qoşunların əsas hissəsi ingilis limanı Portsmutdan olub. Tədbirdə müasir Britaniya və Hollandiya desantları öz bacarıq və məharətlərini nümayiş etdiriblər.
Beşinci gün 20-yə yaxın dövlət və hakimiyyət başçısı təntənəli tədbirlərdə iştirak edəcək, bu tədbiri izləməyə Normandiya sahillərinə milyona yaxın insan gələcəyi də gözlənilir.