Bəzi dini inanclara inansaq, dünyanın sonuna az qalıb.
Oxu.Az xarici KİV-ə istinadən bildirir ki, bu həftə, xristianların apokalipsisin yaxınlaşması ilə əlaqələndirdikləri, bəzi kosmik fenomenləri müşahidə edə biləcəyik.
Ekspertlərin sözlərinə görə səmada ardıcıl olaraq dörd qan-qırmızısı Ay görünəndə, bu, çox vacib hadisələrin baş verəcəyinə işarədir.
NASA-da son 500 il ərzində artıq üç dəfə belə bir hadisənin olduğunu təsdiqləyiblər.
NASA nümayəndəsi deyib ki, “bu il ilk dəfə Ay tutulacaq və onu qərb yarımkürənin sakinləri müşahidə edə bilərlər”.
Bu 2014-2015-ci illərdə ardıcıl olaraq baş verəcək dörd Ay tutulmasından birincisidir.
Bibliyaya inansaq bu hadisələr İsa Məsihin ikinci dəvə zühur etməsinə işarədir.
İoil 2:31 deyir: “Məhşər günündən öncə Günəş qaranlığa, Ay isə qana qərq olacaq”.
Elmi nöqteyi-nəzərdən bu hadisə Mars və Yer planetlərinin maksimal dərəcədə yaxınlaşmaları ilə izah edilir.
Astronomlar hesablayıblar ki, artıq 6 gündən sonra qonşu planetlər arasında “sıx kontakt” olacaq. 14 apreldə bu məsafə 92 milyon kilometr olacaq.
Kosmos tədqiqatçıları bu hadisəni “Marsın etirazı” adlandırıblar, belə ki, Yer ilə yaxınlaşarkən qırmızı planet və Günəş səmanın əks tərəflərində yerləşəcəklər.
Əlavə edək ki, Yer planetinin sakinləri kosmik hadisəyə aprel ayının 14-dən 15-nə keçən gecə şahid ola biləcəklər. Bu zaman Ay tutularaq Marsın rənginə boyanacaq.
Aliyə İsmayılzadə
www.oxu.az