Şou-biznes 36 yaşlı Ceyms Seyfçak dünya ulduzu Maykl Ceksonun varislərinə qarşı iddia qaldırıb.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, o, müsahibəsində bildirib ki, təxminən 20 il bundan öncə Cekson tərəfindən dəfələrlə seksual zorakılığa məruz qalıb. Ceyms iddiasında qeyd edib ki, 1987-ci ildə onun 10 yaşı olarkən reklam çarxına çəkilib. Bu zaman pop ifaçı ilə tanış olublar.
O gündən etibarən 4 il boyunca Maykl onu özü ilə konsert turlarına aparıb. 100 dəfədən çox zorakılığa məruz qalmış şəxs səfər zamanı Ceksonun çarpayısında yatmağa məcbur olduğunu deyib. Seyfçak böyüdükdən sonra sənətçinin ona qarşı olan marağı itib.
Maykl Ceksonun varislərinin vəkilləri iddia ilə razı deyillər. Vəkillər onun yalan danışdığını deyirlər və qeyd ediblər ki, həmin şəxs sadəcə olaraq pul qazanmaq fikri belə bir ssenari uydurub.
İş üzrə məhkəmə dinləmələri sentyabr ayının 4-ü baş tutacaq.
Qeyd edək ki, amerikanın pop ulduzu Maykl Cekson 2009-cu ildə vəfat edib.