ABŞ prezidenti Barak Obama Respublika partiyasının üzvlərini məşhur internet ulduzu — “Qəzəbli pişik”lə (Grumpy Cat) müqayisə edib.
Oxu.Az CNN-ə istinadən xəbər verir ki, oktyabrın 23-də Vaşinqtonda qadın-demokratların forumunda çıxış edən Ağ ev başçısı ABŞ prezidentliyinə respublikaçılardan olan namizədlərin həmişə pessimist olduğunu bildirib.
“Niyə bu respublikaçılar ABŞ-da baş verən hadisələrə həmişə neqativ yanaşırlar? Onlar həmişə “Qəzəbli pişik” kimi qaşqabaqlıdılar”, - Obama deyib.